CƏMİYYƏT


Bakıda evdən 110 min dollar oğurlayanlar tutulub

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir müddət əvvəl Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslər hadisə zamanı oğurluq etdikləri evdən 110.000 dollar, 1000 avro pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.