İDMAN


İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib.
AZƏRTAC erməni mediasına istinadla xəbər verir ki, İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.
Mühafizəçi həmin şəxsi saxlayıb. Daha sonra içəriyə yeni bayraq gətirilib.