CƏMİYYƏT


Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər tutulub

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov da saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub.