Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda ağır yol qəzası, 3 nəfər ölüb

30.04.2023 [13:54]

Xəbərin mətni

Bu gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.