Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC Şuşada üç xarici informasiya agentliyi ilə müqavilə imzalayıb

22.07.2023 [15:16]

Xəbərin mətni

Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi - Albaniyanın ATA, Bolqarıstanın BTA və Filippinin PNA informasiya agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI