SİYASƏT


Rusiya XİN-dən Qarabağ açıqlaması

Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana məxsus olduğunu tanımasından sonra formalaşan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onların Bakı ilə birbaşa dialoqu kontekstində mümkün olan hər cür köməyin göstərilməsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.