Beynəlxalq Astronavtika Konqresi Çin mediasında
08.10.2023 [13:57]
Xəbərin mətni
Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi Çin mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası (CCTV), ölkənin nüfuzlu ingilisdilli “China Daily” qəzeti, digər populyar xəbər portalları, ixtisaslaşmış nəşrlər, habelə kosmos sahəsinə aid tədqiqat institutlarının və təşkilatlarının rəsmi internet səhifələrində Bakı konqresi, müzakirə olunan məsələlər barədə geniş məlumatlar yayımlanıb.