“Bura mənim evimdir” filmi təqdim olunub
20.11.2023 [17:42]
Xəbərin mətni
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminin təqdimat mərasimi keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlər iştirak ediblər.