Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvanda qanunsuz saxlanılan silah-sursat polis əməkdaşlarına təhvil verilib

23.11.2023 [10:46]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.