Böyük Qayıdış: Zabuxa növbəti 25 ailə yola salınıb
23.11.2023 [10:50]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə noyabrın 23-də daha 25 ailə - 93 nəfər köçürülüb.
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.