Zabuxda məskunlaşan daha 25 ailəyə evlərinin açarları təqdim olunub
23.11.2023 [18:41]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 23-də Laçın rayonu Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Zabux kəndinə daha 25 ailə və ya 93 sakin qayıdıb. Kənddə böyük coşqu ilə qarşılanan keçmiş məcburi köçkünlər illərdir həsrətini çəkdikləri Zabuxun gözəl mənzərəsini seyr ediblər.