FHN: Gəncədə baş verən yanğın qısa müddətdə söndürülüb
24.11.2023 [10:24]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.