Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb

24.11.2023 [11:51]

Xəbərin mətni

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb. İlkin məlumata görə, hadisə axşam saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb. Baş verən yol nəqliyyat hadisə nəticəsində Hindistan vətəndaşlar olan 6 nəfər ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.