Ağdamın inşasında Şahbulaq yatağında istehsal edilən ağ daşlardan istifadə olunur
24.11.2023 [13:36]
Xəbərin mətni
Ağdamda aparılan inşaat işlərində rayon ərazisindəki Şahbulaq yatağında istehsal edilən mişar daşlarından istifadə olunur.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-ın bölgə müxbirinə eksklüziv açıqlamasında bildirib ki, Ağdamda karxanaların istifadəsi nəticəsinə həm iş yerləri yaranır, həm də tikinti materialları yaxın məsafədən sahələrə daşınır.