Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xurmaya tələbat niyə azalıb? –REPORTAJ

25.11.2023 [12:34]

Xəbərin mətni

Balakənin Katex kəndində elə həyət, elə təsərrüfat yoxdur ki,  orada xurma yetişdirilməsin. Əvvəllər yetərincə gəlir əldə edən katexlilər ev tikər, oğul evləndirib, qız köçürərdilər. İndi isə sahibkarlar tərəfindən alıcılıq qabiliyyəti ötən illərə nisbətən xeyli azalıb. Əvvəllər şəxsi təsərrüfatlarda yığılan xurma quru yollarla Rusiya və Ukraynaya daşınardı. Son illər isə bu iş tamamilə dayanıb.Ötən il şişburun xurma növünün tək cərgə olan bir yeşiyi 3-4 manata alınırdısa bu il 2 manata satılır. Bütün bunların əksinə xurmanın quru halda olan məmulatlarına ciddi təlabat yaranıb. Balakəndə dövlət investisiyası hesabına xurma qurutma müəssəsi fəaliyyətə başlayıb. Həmin müəssisədə hazırda 300 nəfər işlə təmin olunub. Burada istehsal edilən məhsullar isə bu il dünya ölkələrinə ixrac olunur