Kürdəmirin 7 məktəbində şagirdlər arasında qızılca xəstəliyi aşkarlanıb
27.11.2023 [18:31]
Xəbərin mətni
Son günlər Kürdəmirin rayon mərkəzi də daxil olmaqla kənd məktəbliləri arasında qızılca xəstəliyi qeydə alınıb. Vəziyyətlə əlaqədar olaraq bir neçə məktəbin şagirdləri xəstəxana və ev şəraitində müalicə alır, bu səbəbdən də bəzi şagirdlər məktəbə gəlmir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir rayon Atakişili kənd məktəbinin direktorunun verdiyi məlumata görə son bir ayda məktəbin 7 şagirdində sözü gedən xəstəlik aşkar edildiyindən onların dərsə davamiyyəti dayanıb. Hazırda 7 şagirddən 3-ü sağalaraq dərslərinə davam edir.