İDMAN
Laçında fəaliyyətə başlayan “Lacınema”da “Molde” – “Qarabağ” oyunu canlı yayımlanacaq
29.11.2023 [10:28]
Xəbərin mətni
“Qarabağ”ın növbəti oyunu Laçın şəhərində fəaliyyətə başlayan “Lacınema”da canlı yayımlanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde”nin qonağı olacaq. Noyabrın 30-da saat 23:45-də başlayacaq “Molde” - “Qarabağ” oyunu “Lacınema”da birbaşa yayımlanacaq və laçınlılar “Qarabağ”a birlikdə dəstək olacaqlar.