Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

23.12.2023 [13:28]

Xəbərin mətni

Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildirilib ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, bu il dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni dekabrın 25-dən başlayaraq “Yolumuz Qarabağa” portalı üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy rayonlarından keçməklə mümkün olacaq.