CƏMİYYƏT


Quzu ətindən dadlı quzuqarnı və ya kiloqramı 40 manata satılan nadir göbələk

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, quzuqarnını şimal rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq may ayınadək toplamaq olar.

Quzuqarnı ən dadlı və bahalı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar.

Bu mövsüm isə quzuqarnının qiyməti ötən illərə nisbətən daha da bahalaşıb. Bir kiloqram quzuqarnı alıcılara 35-40 manata təklif olunur.