RƏSMİ


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.