RƏSMİ


Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.