CƏMİYYƏT


Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir. Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib. Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.