MÜSAHİBƏ


Rəhim Bayramlı: Qarabağ Universitetində startaplar üçün çox maraqlı layihələr olacaq

SABAH.HUB bacarıqların olduğu yerdə olacaq. Yaxın zamanda, Qarabağ Universiteti fəaliyyətə başlayır. Burada sahibkarlar, tələbələrin təqdim etdiyi startaplar üçün çox maraqlı layihələr olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı Bakıda keçirilən "Baku ID" innovasiya festivalında deyib.