Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir

14.07.2024 [12:11]

Xəbərin mətni

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.