CƏMİYYƏT
Qaxda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb
14.07.2024 [16:50]
Xəbərin mətni
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Zəyəm kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, Qax şəhər sakini 49 yaşlı Eldəniz Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 30 yaşlı Ruslan Ələsgərovun "VAZ-21015" markalı avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və Eldəniz Paşayevin həyat yoldaşı 43 yaşlı Aynur Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.