Azərbaycan Dövlət İnformasiya Agentliyi

Umayra Tağıyeva: QHT-lərin COP29 prosesinə töhfə vermələrinə şərait yaratmaq məqsədilə qrant müsabiqəsi keçirilir

15.07.2024 [16:00]

Xəbərin mətni

İqlim dəyişmələri çox mürəkkəb prosesdir. Çox təəssüf ki, son zamanlar iqlim dəyişmələri əhəmiyyətinə və təsir dairəsinə görə böyük bir problemə çevrilib. İqlim dəyişmələrinin təsirlərinin azaldılması, istilik effekti yaradan qazların emissiyalarının azaldılması, eyni zamanda, artıq baş vermiş və proqnozlaşdırılan iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə Azərbaycana bütün ölkələrdən dövlət və hökumət başçıları səfər edəcəklər. Hazırda COP29-la bağlı intensiv işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar keçirilən brifinqdə deyib.