Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazax sakini minaya düşüb

14.10.2024 [13:07]

Xəbərin mətni

Oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən AZƏRTAC-a bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI