CƏMİYYƏT


İsti hava Astaranın sitrus bağlarında məhsuldarlığı aşağı salıb

İsti və yağmursuz hava şəraiti Astara rayonunun sitrus bağlarına mənfi təsir göstərib, bağlarda bir sıra xəstəliklər yayılmağa başlayıb. Xüsusilə, nəmliyin azalması və istilərin artması ağacların vegetativ inkişafına mane olur ki, bu da məhsuldarlığın azalmasına və meyvələrin keyfiyyətinə ciddi təsir edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər və bağ sahibləri sitrus bitkilərini xəstəliklərdən qorumaq üçün dərmanlamadan tutmuş, suvarma sistemlərinin optimallaşdırılmasına qədər müxtəlif tədbirlər görsələr də, nəticə verməyib.