CƏMİYYƏT


İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Şuşa və Xankəndidə olublar

Otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə 40-a yaxın itkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanı da ziyarət olunub.