Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koreya Hökuməti Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edib

15.10.2024 [15:48]

Xəbərin mətni

Oktyabrın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya Respublikasının Hökuməti arasında əməkdaşlığın növbəti mühüm mərhələsi reallaşıb.
AZƏRTAC xəbər verir ki, Koreya Hökuməti tərəfindən "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib.