Hekayələri fərqli, taleləri eyni: itkin ailələri
15.10.2024 [18:17]
Xəbərin mətni
Şuşanın yolları yenə dumanlı, hava çiskinlidir. Adətən belə havalar insanı darıxdırır. Lakin təkcə indi yox, 30 ildir gözü yol çəkən 40-a yaxın itkin ailəsinin bu gün ürəyindəki nisgilin acısı az da olsa səngiyəcək. Çünki bu ailələr doğmalarının onlardan uzaq düşdüyü ərazilərə gəlib. “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkil etdiyi bu səfər özündə həm də bir təsəlli daşıyır. Bəlkə də bu yerlərdə axtardıqları yaxınlarının ayaq izi, son nəfəs hənirtisi var.