Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda şərab zavodunda yanğın baş verib

17.10.2024 [13:47]

Xəbərin mətni

Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub.