Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar

18.10.2024 [18:16]

Xəbərin mətni

Oktyabrın 18-də media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov və COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.
İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib. Media nümayəndələri ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar.