Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda mənzildə köməksiz qalan azyaşlı uşaq xilas edilib

22.10.2024 [10:57]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2022-ci il təvəllüdlü azyaşlı mənzilin giriş qapısının kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalan 2022-ci il təvəllüdlü uşağı xilas ediblər.