Göyçayda qətldə şübhəli bilinən şəxs polisə təslim olub
23.10.2024 [13:10]
Xəbərin mətni
Göyçayda qətl hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında rayonun Potu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlu kəsici alətlə qətlə yetirilib. Qətlə yetirilən Asif Eminov Göyçayda Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının sürücüsü olub.