Dünya səyyahları Şuşada tarixi məkanlar və quruculuq işləri ilə tanış olublar
26.10.2024 [14:40]
Xəbərin mətni
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupu Füzulidən sonra Şuşaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib.