Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Piki Reels” klubunun rəhbəri: Beynəlxalq ictimaiyyət mina təmizləmə işlərində Azərbaycana kömək etmir

28.10.2024 [15:21]

Xəbərin mətni

Azərbaycana bundan öncə də səfər etmişəm. Burada olduğum ilk dəfə ilə müqayisədə əldə edilən irəliləyişlərə çox heyran qaldım. Xüsusən də qısa müddətdə davam edən tikinti işləri həqiqətən heyrətləndiricidir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında işğaldan azad edilən Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyən belçikalı səyyah, Böyük Britaniyanın “Piki Reels” klubunun rəhbəri Yves Bouvie deyib.