CƏMİYYƏT
Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib
Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Dövlət Turizm Agentliyinin, Prezidentin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edib. Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin qoşulduğu tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılmasına və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.