CƏMİYYƏT


Azərbaycanda istehsal edilən yaşıl enerji havanın üç milyon tona qədər karbon qazı ilə çirklənməsinin qarşısını alır

Qarabağ və Şərqi Zəngəzurda 32 su elektrik stansiyası istismara verilib. Bunların tam gücü 270 meqavata bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov deyib.
Onun sözlərinə görə, hazırda 6 yeni su elektrik stansiyasının tikintisi davam edir və onların toplam gücü 37,5 meqavat təşkil edir.