İnsultun qarşısını necə almaq olar?
29.10.2024 [18:55]
Xəbərin mətni
Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür. Bu xəstəlik dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyon insan insultdan əziyyət çəkir. Bəs ölkəmizdə insultla bağlı vəziyyət necədir? Səhiyyə Nazirliyinin “İnsult xidməti” layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirir ki, İnsult Mərkəzi 2021-ci ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə pilot layihə kimi yaradılıb və burada insult xəstəliyindən əziyyət çəkən insanlara müasir tibbin standartlarına uyğun müalicə aparılır.