Azərbaycan Dövlət İnformasiya Agentliyi

30 ildən sonra nəşi tapılan şəhid Ramiz Mahmudov doğma kəndində torpağa tapşırılıb

01.11.2024 [23:45]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Mahmudov Ramiz Mahmud oğlunun meyitinin qalıqları Zaqatala rayonunda torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ramiz Mahmudovun nəşi Zaqatala rayonunda izdihamla qarşılanıb, doğulduğu Aşağı Tala kəndinə gətirilib. Vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.