CƏMİYYƏT
Bərdədə yerkökü yığımı davam edir - qiymət ötən illə müqayisədə xeyli ucuzdur
04.12.2024 [15:21]
Xəbərin mətni
Bərdə rayonunda yerkökü yığımı davam edir. Sahələrdə yerkökünün qiyməti keçən illə müqayisədə xeyli ucuzdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Xüsusən rayonun Soğanverdilər kəndi respublikamızda yerkökü istehsalı ilə tanınır. Kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.