Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuli şəhəri ilə tanış olublar

08.12.2024 [13:36]

Xəbərin mətni

Dekabrın 7-də Milli Məclisdə keçirilmiş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində bu gün ilk olaraq Füzuli rayonunda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər. Onlara 30 illik işğal zamanı Ermənistan tərəfindən Füzuli rayonunda törədilən dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi və görüləcək işlər barədə məlumat verilib.