Lənkəranda keçirilən VII Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar
08.12.2024 [17:47]
Xəbərin mətni
Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası" VII Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırılıblar. Mükafatlandırma mərasimi 2024-cü il “Gənclər Paytaxtı” olan Lənkəran şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn 14-15 yaşlı yeniyetmələr iştirak ediblər.