Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprel zəfəri – mifləri dağıdan güc

02.04.2025 [14:25]

2016-cı ilin aprel ayı… Cəbhə xətti yenə gərgin idi. Ermənistan silahlı qüvvələri təmas xəttindəki bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan Ordusunun komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çoxlu canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.