Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq

18.06.2025 [19:37]

Xəbərin mətni

Bonn şəhərində biz COP30 nümayəndəliyi kimi COP29-un yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarai ilə birlikdə burada olmaqdan böyük məmnunluq duyuruq. O, iqlim çempionlarının bu təşəbbüsünə liderlik edir və mən də onunla birlikdə bu prosesə qoşulmuşam. Biz yenə qeyri-hökumət təşkilatlarını iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq. Bu barədə AZƏRTAC-a müsahibəsində COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe Almaniyada keçirilən İyun İqlim Görüşləri çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev və COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai ilə görüşdən sonra deyib.