Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçirilir

01.07.2025 [13:58]

Xəbərin mətni

Ağdam rayonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumu keçirilir. AZƏRTAC-ın Ağdama ezam olunan müxbiri xəbər verir ki, Forumun məqsədi İƏT ölkələrindən olan gəncləri regional dialoqa cəlb etmək, müvafiq məsələlərin həll yollarını təklif etmək və tövsiyələr toplusunu təqdim etməklə qərarların qəbuluna təsir göstərməkdən ibarətdir.