Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Canavar” ləqəbli döyüşçünün cəsarət dastanı

06.11.2025 [12:10]

Xəbərin mətni

Hər xalqın tarixində elə igidlər var ki, onların həyat yolu bir məktəbə çevrilir. Onlar gücünü təkcə idmanda yox, Vətən sevgisində də göstərən, azadlıq və ədalət uğrunda sonadək mübarizə aparan insanlardır. Belə qəhrəmanların hekayələri gənclərə vətənpərvərlik, mərdlik və fədakarlığın nə demək olduğunu anlatmaq baxımından böyük əhəmiyyət daşıyır. İdman təcrübəsini döyüş şücaəti ilə birləşdirib Zəfər tariximizdə yer alan şəhidlərimizdən biri də Məhəmmədəli Ələkbərovdur.