Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman: 20 Yanvar hadisələri beynəlxalq hüquqa uyğun olaraq insanlıq əleyhinə cinayət kimi tanınmalıdır

19.01.2026 [11:43]

Xəbərin mətni

20 Yanvar təkcə bir gecənin faciəsi deyil. Bu tarix Azərbaycan xalqının azadlıq iradəsinin sınağa çəkildiyi, milli ləyaqətinin, vətəndaş mövqeyinin və müstəqillik əzminin bütün dünyaya nümayiş olunduğu tarixi bir mərhələdir. Bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-ci ildönümünə həsr olunmuş anım tədbirində deyib.