Qurban Qurbanov: Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq
29.01.2026 [12:10]
Xəbərin mətni
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq. AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.